MS Silva ilə bağlı heç bir güzəşt etmək istəmir

“Mançester Siti” yarımmüdafiəçi Bernardo Silvanının transferində endirim etmək istəmir.

Komanda.sz ESPN-ə istinadən xəbər verir ki, “şəhərlilər” “Barselona”ya heç bir endirim etmək niyyətində deyil.

“Mançester Siti”nin mövqeyi ondan ibarətdir ki, portuqaliyalı futbolçunu transfer etmək istəyən klub 60 milyon avroluq sərbəstqalma məbləği ödəməlidir. Əks halda, yarımmüdafiəçi satılmayacaq.

Daha əvvəl bildirilib ki, Silvanın özü “Barselona”ya keçmək istəyir və bunun üçün maaşını azaltmağa hazırdır.

Silva bu mövsüm Premyer Liqada 6 qol vurub, 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button