MS 50 milyon avroya futbolçu almaq istəyir – Rodrinin yerinə

İspaniya millisinin və “Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendi İngiltərə Premyer Liqasına keçə bilər.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun xidmətində Premyer Liqa çempionu “Mançester Siti” maraqlıdır.

“Şəhərlilər”in rəhbərliyi Subimendinin 50 milyon avro məbləğində sərbəst buraxılma maddəsini ödəməyə hazırdır. Onlar 25 yaşlı yarımmüdafiəçini həmyerlisi Rodri Hernandesə alternativ hesab edirlər.

Subimendi cari mövsümdə “Real Sosyedad”ın heyətində 21 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button