MS Rodrinin yerinə La Liqa klubundan futbolçu almaq istəyir

“Mançester Siti” diz bağından zədə aldığı üçün bu mövsüm bir daha oynamayacaq yarımmüdafiəçisi Rodri Hernandes üçün əvəzedici axtarır.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, MS yanvar ayında “Real Sosyedad”dan yarımmüdafiəçi Martin Subimendini dəvət edə bilər.

İspaniyalı futbolçu yayda İngiltərənin digər klubu “Liverpul”a keçməyə yaxın idi. O, son anda Premyer Liqaya keçiddən imtina edib və “Real Sosyedad”la yeni müqavilə imzalamaq qərarına gəlib.

Daha əvvəl bildirilmişdi ki, Subimendi “Real Sosyedad”da qalmaq qərarından peşmandır və yanvarda “Liverpul”a keçərək vəziyyəti düzəltmək istəyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button