MS danışıqları davam etdirir – Belçikalı futbolçu üçün

“Mançester Siti” “Renn”in futbolçusu Jeremi Dokunun transferi üzərində işləyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” 21 yaşlı futbolçunun transferi üçün danışıqlarda irəliləyir və “Renn”lə bonuslar da daxil olmaqla 55-60 milyon avroluq yeni təklif müzakirə edilir. İngiltərə klubu bu həftə “Renn”lə razılığa gəlməyə ümid edir.

MS Dokunu “Əl-Əhli”yə yollanan Riyad Mahrezin əvəzləyicisi kimi görür.

Belçikalı futbolçu bu mövsüm Liqa 1-də 2 matçda 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button