MS “Real”la “düşmən” ola bilər – Alonsoya görə
Mətbuat uzun müddətdir ki, “Real”da Karlo Ançelottinin varisi kimi “Bayer”dən (Leverkuzen) Xabi Alonsonu “seçib”. Ançelotti postunu tərk etdiyi anda “kral klubu” Alonsonu dəvət etməlidir. İtaliyalı mütəxəssisin klubla hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, Alonsonu “Mançester Siti” də baş məşqçi postunda görmək istəyir. İngiltərə klubunda hesab edirlər ki, Alonso, Pep Qvardiola yollarını ayırmaq məcburiyyətində qaldıqda onun yerinə gələcək şəxsdir.
Ümumiyyətlə, “Real” və “Mançester Siti” fevral ayında təkcə Çempionlar Liqasında deyil, gələcəkdə Xabi Alonso uğrunda mübarizədə də üz-üzə gələ bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin