MS qapıçısını itirmək riski ilə üzləşib

İngiltərə çempionatında “Nottingem Forest”lə oyunda “Mançester Siti”nin qapıçısı Ederson zədələnib.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, braziliyalı qolkiperə dizindən zədə diaqnozu qoyulub. Bu zədə səbəbindən Ederson mövsümün qalan hissəsini buraxmaq riski daşıyır.

Qapıçı ilə “Mançester Siti” arasındakı müqavilə 2026-cı ilin ortalarına qədərdir. Braziliyalı futbolçunun transfer dəyəri 40 milyon avro qiymətləndirilir.

Görüş “şəhərlilər”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Ederson İngiltərə çempionatının cari mövsümündə 30 oyun keçirib və 28 qol buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button