
İngiltərə klubu “Qalatasaray”ın təklifinə “hə” deyib
“Mançester Siti” müdafiəçisi Manuel Akanjinin transferi ilə bağlı “Qalatasaray”ın təklifini qəbul edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” 30 yaşlı futbolçunu Türkiyə klubuna 15 milyon funt sterlinqə (təxminən 17,5 milyon avro) buraxmağa hazırdır. Ancaq əsas problem odur ki, Akanjinin özü hələlik bu keçidə razılıq verməyib.
İsveçrəli müdafiəçi ilə maraqlanan klublar arasında Leverkuzen “Bayer”i də var. Almaniya təmsilçisi Akanjini “Arsenal”a keçməsi gözlənilən Piero İnkapienin potensial əvəzləyicisi kimi görür.
Akanjinin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



