MS “Barselona”dan 30 milyon avro istəyir – Portuqaliyalıya görə

“Barselona”da icarə əsasında çıxış edən “Mançester Siti”nin müdafiəçisi Joao Kanselo Kataloniya klubunda qala bilər. 

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “şəhərlilər” portuqaliyalı futbolçunun transferi üçün kataloniyalılardan 30 milyon avro tələb edir.

Kanselo 2019-cu ildən “Mançester Siti”də çıxış edir. O, bu mövsüm “Barselona”nın heyətində 21 oyunda çıxış edib, 3 qol vurub və 6 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button