
“Mançester Siti” özbək futbolçu ilə bağlı qərar verib
“Mançester Siti” rəhbərliyi müdafiəçi Abdukodir Xusanovun gələcəyi ilə bağlı qərarını verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” 21 yaşlı futbolçunu qarşıdakı mövsüm üçün heyətdə saxlamağı planlaşdırırlar.
Xusanov 2024-cü ilin yanvarında “Lans”dan “Mançester Siti”yə transfer olunub. O, hazırkı komandasının heyətində artıq 10 matçda iştirak edib və 1 qol vurmağa müvəffəq olub.
Özbək futbolçunun “şəhərlilər”lə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir. O, sonuncu dəfə martda rəsmi oyunda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin