MS onun üçün 40 milyon avro ödəməyə hazırdır
“İnter”in müdafiəçisi Stefan de Vrij karyerasını Premyer Liqada davam etdirə bilər.
Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, “Mançester Siti” niderlandlı futbolçu ilə maraqlanır. “Şəhərlilər” onun transferi üçün 40 milyon avro ödəməyə hazırdır.
Xəbərdə bildirilir ki, Milan klubu futbolçunu buraxmaq niyyətindədir. Çünki onun müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub. “İnter”ə yaxşı təklif gəlsə, müdafiəçini satacaq.
Daha əvvəl De Vrijlə “Tottenhem”in də maraqlandığı bildirilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin