MS niderlandlı futbolçunu tibbi müayinədən keçirib

“Mançester Siti” “Milan”ın yarımmüdafiəçisi Ticani Reyndersin transferində son mərhələyə qədəm qoyub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu artıq tibbi müayinədən uğurla keçib.

“Şəhərlilər” bu transfer üçün 70 milyon avro ödəyəcək. 26 yaşlı Reyndersin illik maaşı 8 milyon avro təşkil edəcək.

O, son mövsümdə “Milan”ın heyətində 51 oyunda iştirak edib, 15 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button