
“Mançester Siti” onu “Tottenhem”ə satmayacaq
“Mançester Siti”nin vingeri Savio “Tottenhem”in transfer hədəfində olsa da, bu keçid baş tutmayacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” 21 yaşlı oyunçunu satmaq fikrində deyil və bu qərar müzakirə mövzusu olmayacaq.
Braziliyalı futbolçu son mövsümdə bütün turnirlərdə 48 oyuna çıxaraq, 3 qol vurub və 13 məhsuldar ötürmə verib. Onun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin