MS onu De Bruynenin “varis”i hesab edir

“Mançester Siti” yarımmüdafiəçi Kevin De Bruyneni əvəzləmək variantlarını araşdırır.

Komanda.az “TBR Football”-a istinadən xəbər verir ki, belçikalı futbolçunun “şəhərlilər”dəki “varis”i onun həmyerlisi Şarl de Ketelare ola bilər.

De Bruynenin müqaviləsi cari mövsümün sonunda başa çatacaq. 33 yaşlı futbolçunun son vaxtlar zədə səbəbindən öz səviyyəsini nümayiş etdirməsi getdikcə çətinləşir.

“Mançester Siti” “Atalanta”nın oyunçusunu transfer edəcəyinə inanır. 23 yaşlı futbolçu Can Pyero Qasperininin komandasının heyətində 37 oyunda 11 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button