“Mançester Siti” futbolçusuna 40 milyon avro qiymət qoyub

“Mançester Siti”nin 22 yaşlı yarımmüdafiəçisi Ceyms Makati bu yay klubunu dəyişə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

“Şəhərlilər” ingiltərəli futbolçunu 40 milyon avroya qiymətləndirir. Ona iki klub – “Vest Hem”lə Frankfurt “Ayntraxt”ı maraq göstərir və yay transfer pəncərəsində onu heyətinə qatmağı nəzərdən keçirir.

Makati 2024/25 mövsümündə “Mançester Siti”nin heyətində 27 oyunda iştirak edib, 7 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button