MS De Bruyne ilə bağlı qərar qəbul edib

“Mançester Siti” rəhbərliyi belçikalı yarımmüdafiəçi Kevin De Bruynenin mümkün əvəzlənməsi barədə qərar qəbul edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” yayda “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeşi transfer etməyi planlaşdırır. 26 yaşlı braziliyalı futbolçuya PSJ də iddialıdır.

Səudiyyə Ərəbistanı klublarının De Bruyneni almaqda maraqlı olduğu bildirilir.

Gimarayeş 2022-ci ilin yanvarından “Nyukasl”da çıxış edir. O, ümumilikdə komandanın heyətində 101 oyun keçirib, 14 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027/28 mövsümünün sonuna kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button