“Mançester Siti” “Nottingem Forest”in təklifini rədd edib

“Mançester Siti” yarımmüdafiəçisi Ceyms Makati üçün “Nottingem Forest”dən gələn 25 milyon funt sterlinqlik təklifi rədd edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” 22 yaşlı futbolçunu yalnız təxminən 42,5 milyon funt sterlinq müqabilində buraxmağa razıdır.

Bu məbləğ, ötən mövsüm Koul Palmerin “Çelsi”yə transferindən əldə olunan gəlirə bərabərdir və klub eyni standartı qorumağa çalışır.

Baş məşqçi Pep Qvardiola Makatini heyətdə saxlamağa üstünlük verir. Ancaq futbolçunun ayrılmaq istəməsi və klubun istədiyi təklifin daxil olması halında transferə “yaşıl işıq” yandırıla bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button