“Mançester Siti”nin keçmiş futbolçusu “Əl-İttifaq”a keçib

“Əl-Nəsr”in müdafiəçisi Seko Fofana altı aylıq icarə əsasında Səudiyyə Ərəbistanının digər təmsilçisi “Əl-İttifaq”a keçib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Əl-İttifaq” Fofananı bu ay “Ayaks”a keçən Cordan Hendersonun əvəzləyicisi kimi transfer edib.

Fofana bu mövsüm bütün turnirlərdə 19 matçda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə edib.

Futbolçunun “Əl-Nəsr”lə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Fil Dişi Sahili millisinin üzvü “Mançester Siti”, “Fulhem”, “Bastiya”, “Udineze”, “Lans” klublarında da oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button