Keçmiş futbolçusu “Mançester Siti”ni məhkəməyə verib

“Loryan”ın müdafiəçisi Benjamin Mendi “Mançester Siti”yə qarşı iddia qaldırıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, fransalı futbolçu cinsi zorakılıq iddiaları səbəbindən futbol oynamasına qadağa qoyulduğu dövrdə – 2021-ci ilin sentyabrından 2023-cü ilin iyuluna qədər ödənilməmiş maaşına görə təzminat istəyir.

Bu ilin iyul ayında Mendi barədə araşdırma başa çatıb və o, təqsirli bilinməyib. Bundan sonra o, azad agent kimi “Loryan”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button