Səudiyyə Ərəbistanında oynayan futbolçu “Real”a keçə bilər

İspaniya millisinin və “Əl-Nəsr”in müdafiəçisi Emerik Laport “Real”ın futbolçusu ola bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu 30 yaşlı futbolçu ilə ayrılmağa hazırdır. Amma ərəblər onun üçün xərclənən 27 milyon avronu almağı planlaşdırırlar.

Laportun özü də “Real”a keçmə ehtimalından ruhlanır və bunun üçün hazırkı klubu ilə müqaviləsini ləğv edə bilər.

Laport ötən ilin avqustunda “Mançester Siti”dən “Əl-Nəsr”ə keçib və 3 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button