“Arsenal” çempion olsa, sevinərdim” – Mourinyo

“Roma”nın baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasında çempionluq uğrunda mübarizənin favoritlərini açıqlayıb.

Komanda.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, “Arsenal” çempion olacağı təqdirdə, sevinəcəyini bildirib:

“Mən deyərdim ki, “Mançester Siti”nin kuboku qazanma faizi 51, “Liverpul”un isə 49-dur. Təbii ki, “Çelsi” və “Mançester Yunayted” qalib gəlməyəcək. “Arsenal” çempion olsa, sevinərdim. “Mançester Siti”nin hegemonluğuna son qoya bilsələr, çox şad olardım.

17 turdan sonra “Arsenal” 39 xalla turnir cədvəlində liderlik edir. “Liverpul” 38 xalla ikincidir. Növbəti turda “Liverpul” “Arsenal”la üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button