“Həmin oyundakı qol həyatımın ən vacib qollarından biri idi” – Jesus

Son vaxtlar adı müxtəlif klublarla yanaşı çəkilən “Mançester Siti”nin hücumçusu Qabriel Jesus açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu, karyerası haqqında danışıb:

“Mançester Siti” ilə müqaviləm var. Oynadığım, qol vurduğum, komandama kömək etdiyim üçün çox xoşbəxtəm. Keçirdiyim mövsümdən çox məmnunam və komandamı dəyişmək barədə düşünmürəm. Hələ “Palmeyras”da oynayarkən xəyallar qururdum. Böyük uğurlara nail olmaq və hədəflərimə çatmaq istəyirəm. Karyeramda vacib titullar qazanmağıma baxmayaraq, hələ gəncəm, daha çox şey arzulayıram”.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”la keçirdikləri ilk oyunda (2:1) qol vuran braziliyalı futbolçu, bunları deyib:

“Real”la oyun çətin alındı. Hamımız bu oyunun vacibliyini və “Real”ın nə qədər böyük komanda olduğunu bilirik. Həmin oyundakı qol həyatımın ən vacib qollarından biri idi. Artıq ikinci oyuna köklənməliyik, hələ heç nə əldə etməmişik. Özümüzə inanırıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button