“Bir-iki həftəlik məşqlə qayıda bilmərik” – Sterlinq
İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Rahim Sterlinq açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu, koronavirus pandemiyası səbəbiylə dayandırılan çempionatın bərpası üçün tələsməmək lazım olduğunu bildirib:
“Oyunlara başlamaq üçün 4-5 həftəyə ehtiyacımız var. Mart ayının əvvəlindən bəri oynamırıq. Bir-iki həftəlik məşqlə qayıda bilmərik. Bu hazırlığı keçirməliyik, fasilədən sonra birbaşa meydana çıxıb, oynaya bilmərik. Yoxlama oyunu keçirməyəcəyik, qalib gəlmək üçün oynayacağıq”.
Premyer Liqanın iyunun ortalarında bərpa olunacağı bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin