David Silva Mancukiçin yanına gedir

“Mançester Siti” ilə müqaviləsi iyunun sonunda başa çatacaq David Silva karyerasını Qətərdə davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Əl-Duhayl” 34 yaşlı futbolçunun xidmətində maraqlıdır. Məlumatda, Silvanın 10 illik “Mançester Siti” karyerasından sonra komandadan ayrılaraq, Qətər təmsilçisinə qoşulacağı  bildirilir.

Silvaya İspaniya və ABŞ-dan da təkliflərin olmasına baxmayaraq, “Əl-Duhayl”ın təklif etdiyi maddi şərtlərin daha sərfəli olduğu vurğulanıb.

“Yuventus”un keçmiş futbolçusu Mario Mancukiç də “Əl-Duhayl”ın şərəfini qoruyur.

David Silva 2010-cu ildən “Mançester Siti”nin formasını geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button