“Mançester Siti”nin futbolçusu “İpsviç”lə anlaşıb

“Mançester Siti”nin yarımmüdafiəçisi Kelvin Fillips icarə əsasında “İpsviç”ə keçməyə yaxındır.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, ingiltərəli futbolçu mövsümün sonuna qədər Keran Makkennanın komandasına qoşulacağına razılaşıb. Anlaşmada satınalma variantı olmayacaq.

Fillips bu mövsüm yaxşı çıxış edə bilsə, “İpsviç” onunla daimi əsasda müqavilə imzalayacaq.

28 yaşlı futbolçu ilə “Everton” da maraqlanırdı. O, ötən mövsümün ikinci yarısını “Vest Hem”də icarə əsasında keçirib, lakin bu komandanın heyətində möhkəmlənə bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button