Dumfris İngiltərə klubunun hədəfindədir

“İnter”in müdafiəçisi Denzel Dumfris İngiltərənin top-klublarından birinə keçə bilər.

Komanda.az “DeadlineDayLive”-ə istinadən xəbər verir ki, “Mançester Siti” niderlandlı futbolçu ilə ciddi şəkildə maraqlanır.

“Şəhərlilər” 29 yaşlı müdafiəçini heyətə qatmaq istəyirlər. Dumfrisin “İnter”lə olan müqaviləsində 25 milyon avroluq sərbəst qalma şərti yer alır.

2021-ci ilin yayından bəri “İnter”in formasını geyinən futbolçunun müqaviləsinin müddəti 2027/28 mövsümünün sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button