MS müdafiəçisi ilə müqaviləni uzadır
“Mançester Siti”nin müdafiəçisi Kayl Uolker klubu ilə müqaviləni uzatmağa yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu yaxın günlərdə klubu ilə yeni müqavilə imzalayacaq.
Uolker 2017-ci ildən bəri “şəhərlilər”in heyətində çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin