İngiltərə klubu Reynders üçün 65 milyon avro təklif etməyə hazırdır

Niderland millisinin və “Milan”ın yarımmüdafiəçisi Ticani Reynders İngiltərə Premyer Liqasına keçə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Mail” portalı məlumat yayıb.

26 yaşlı futbolçunun xidmətində “Mançester Siti” maraqlıdır. İngiltərə təmsilçisinin rəhbərliyi Reynders üçün 65 milyon avro təklif etməyə hazırdır.

Niderlandlı oyunçu 2024/25 mövsümündə 54 matçda meydana çıxıb, 15 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button