
Kazemiro İngiltərənin başqa klubuna keçə bilər
“Mançester Siti” klubunun sahibləri “Mançester Yunayted”in futbolçusunun transferini təşkil edə bilər.
Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, söhbət Ruben Amorimin baş məşqçi postuna gəlişindən sonra “qırmızı şeytanlar”ın düşərgəsində mövqeyi sarsılan yarımmüdafiəçi Kazemirodan gedir.
“Transfermarkt” portalı Kazemironu 2 milyon avro dəyərində qiymətləndirir. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin