
Tudor: “Mançester Siti” istədiyi zaman 100 milyon avro xərcləyə bilir”
Klublararası dünya çempionatının üçüncü turunda “Yuventus”un “Mançester Siti”yə 2:5 hesabı ilə məğlub olmasından sonra İtaliya təmsilçisinin baş məşqçisi İqor Tudor açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqibin maliyyə gücünü və oyun səviyyəsini vurğulayıb:
“Bütün gücümüzü ortaya qoyduq, amma bu cür rəqibə qarşı qələbə qazanmaq üçün ideal oynamaq lazım idi. Onlar istədikləri zaman 100 milyon avro xərcləyə bilirlər. Oyunçuları bizimkilərdən güclüdür, bunu deməliyik”.
Xorvatiyalı çalışdırıcı “Mançester Siti”ni dünyanın ən güclü komandası, Pep Qvardiolanı isə ən yaxşı baş məşqçi adlandırıb:
“Futbol gözəldir, hər şey mümkündür. Amma qələbə üçün bir çox amilin üst-üstə düşməsi vacibdir. Bu dəfə bu baş vermədi. Dünyanın ən yaxşı komandası və ən yaxşı baş məşqçisi ilə qarşılaşdıq. Futbolçularımı qınaya bilmərəm”.
Bizi Facebook-da izləyin