
“Mançester Siti” Ferdinandı təsirləndirib
“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand UEFA Çempionlar Liqasının 1/4 finalının “Mançester Siti” – “Bayern” matçından (3:0) danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Premyer Liqa təmsilçisinin çox güclü rəqiblə qarşılaşdığını dilə gətirib:
“Şəhərlilər”in topa bu cür nəzarət etməsini əvvəlki oyunlarda görməmişdim. Onlar çox güclü komandaya qarşı oynayırdılar. “Mançester Siti”nin belə matçda həm topla, həm də topsuz oyunun gedişatına nəzarət etməsindən təsirləndim”.
“Bayern” – “Mançester Siti” cütünün cavab qarşılaşması Almaniyada baş tutacaq. Oyun aprelin 19-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin