“Qəzəb və təəssüf hissi bizi boğurdu” – “Arsenal”ın kapitanı
“Arsenal”ın kapitanı Martin Odeqard İngiltərə Premyer Liqasının 34-cü turunun “Çelsi” ilə görüşünü (3:1) dəyərləndirib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, London derbisində dubla imza atan futbolçu sona qədər mübarizə aparacaqlarını söyləyib:
“İlk hissə çox parlaq keçdi. Birinci hissədən çox razı qaldım. Fasilədən sonra oyun bir az xaotik keçdi. Bizə üç xal və qələbə lazım idi. “Mançester Siti” ilə oyundan sonra futbolçular arasında kefsizlik var idi. Qəzəb və təəssüf hissi bizi boğurdu.
“Çelsi” ilə oyunda fasilədən sonra topa kifayət qədər yaxşı sahib ola bilmədik. Bu, təkbətək mübarizələrdə özünü daha çox göstərirdi. Mübarizə aparmalı və yalnız irəliyə baxmalıyıq. Sona qədər mübarizə aparacağıq. İnanırıq”.
“Arsenal” hazırda İngiltərə çempionatının turnir cədvəlində 78 xalla 1-ci, “zadəganlar” isə 39 xalla 12-ci pillədə yer alır.
Bizi Facebook-da izləyin