ÇL: MS ilə oyuna zədəli halda çıxıbmış

“Real” Çempionlar Liqasının yarımfinal mərhələsinin “Mançester Siti” ilə cavab qarşılaşmasında uduzub (0:4).

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “kral klubu”nun qapıçısı Tibo Kurtua zədəli olduğu halda, bu qarşılaşmada iştirak edib.

İspaniya La Liqasının 34-cü turunun “Xetafe” ilə matçından sonra (1:0) belçikalı qolkiperin qolun üçbaşlı əzələsində (“triseps”) kiçik yırtıq aşkarlanıb.

İspaniya klubu iki oyunun nəticəsinə əsasən “şəhərlilər”ə uduzub. “Mançester Siti” həlledici qarşılaşmada İtaliya “İnter”i ilə qarşılaşacaq.

Çempionlar Liqasının final matçı iyunun 10-da, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button