
Qvardiola bunu ikinci dəfə yaşadı
“Mançester Siti” İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində “Vulverhempton”a 2:3 hesabıyla məğlub olub.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Pep Qvardiolanın rəhbərlik etdiyi “şəhərlilər” cari mövsümdə ikinci dəfə “Vulverhempton”a məğlub olublar. Mövsümün ilk oyununda Mançester təmsilçisi öz meydanında 0:2 hesabı ilə məğlub olmuşdu. Bu hal Qvardiolanın karyerasında ikinci dəfə qeydə alınır. İspan mütəxəssis ilk dəfə bir mövsüm ərzində eyni komandaya iki dəfə 2016-2017-ci illər mövsümündə məğlub olmuşdu. “Mançester Siti” həmin vaxt “Çelsi”dən zəif olmuşdu.
Qvardiola məşqçilik karyerası ərzində “Mançester Siti”dən başqa, “Bavariya” və “Barselona”da da çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin