“Mançester Siti” onları saxlamaq üçün hərəkətə keçir
İngiltərənin “Mançester Siti” klubu iki futbolçusuna yeni müqavilə təklif etməyə hazırlaşır.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər” Rahim Sterlinq və Kevin de Bruyne ilə yeni müqavilə imzalamaq niyyətindədir. Klubun hər iki futbolçu ilə yaxın günlərdə danışıqlara başlayacağı və uzunmüddətli müqavilə təklif edəcəyi bildirilir.
UEFA-nın klubu iki mövsümlük avrokuboklardan uzaqlaşdırma qərarından sonra əsas heyət üzvlərinin, o cümlədən Sterlinq və Bruynenin komandadan ayrılacağı deyilirdi.
Həm Sterlinqin, həm də Kevin de Bruynenin müqaviləsi 2023-cü ilin iyulunadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin