“Mançester Siti” icazə verdi: PSJ-yə keçir
İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Riyad Mahrez cari mövsümün sonunda komandadan ayrıla bilər.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu PSJ-nin hədəfindədir. “Şəhərlilər”in futbolçunun klubdan ayrılmasına icazə verdiyi bildirilir. Paris təmsilçisi ilə futbolçu arasında razılıq əldə olunsa, keçid yay transfer dövründə reallaşa bilər.
2018-ci ildən “Mançester Siti”nin şərəfini qoruyan əlcəzairli futbolçunun klubla müqaviləsi 2023-cü ilin iyulunadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin