“Mançester Siti”nin Halandla bağlı planı var
“Mançester Siti” yaxın aylarda hücumçu Erlinq Halandla müqavilənin uzadılması ilə bağlı danışıqlara başlamağı planlaşdırır.
Komanda.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, “şəhərlilər” futbolçu ilə müqaviləni ən azı 2028-ci ilə qədər uzatmaq imkanını nəzərdən keçirir.
23 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
“Mançester Siti” norveçli forvarda həftədə 462 min avro maaş artımı təklif edə bilər.
Haland bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 11 oyuna çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin