“Mançester Siti” Halandla bağlı qərar verib
“Mançester Siti” komandanın hücumçusu Erlinq Halandın gələcəyi ilə bağlı qərar verib.
Komanda.az “The Mirror”-a istinadən xəbər verir ki, klub rəhbərliyi 23 yaşlı norveçli forvardla yeni müqavilə imzalamaq istəyir.
Tərəflər arasındakı müqavilə 2027-ci ilin yayında başa çatır. Daha əvvəl mətbuatda Halanda “Barselona” və “Real”ın maraq göstərdiyi barədə xəbərlər yayılmışdı.
Haland ötən mövsüm 45 matçda iştirak edib, 38 qol vurub və 6 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin