
Gündoğan İtaliya klubuna təklif olunub
“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğanın bu yay klubunu dəyişmə ehtimalı müzakirə mövzusuna çevrilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi Pep Qvardiola 34 yaşlı futbolçunu planlarına daxil etmir.
Bu səbəbdən, almaniyalı yarımmüdafiəçi “Yuventus”a təklif olunub. Ancaq Turin klubunun bu transferə razılıq verməsi çətin görünür. “Yuventus” rəhbərliyi orta sahəyə daha gənc oyunçu almağı planlaşdırır və Gündoğanın transferi ilə bağlı maliyyə şərtləri də onları qane etmir.
“Transfermarkt” Gündoğanın dəyərini 5 milyon avro göstərir. Onun “Mançester Siti” ilə müqaviləsinin müddəti başa çatmaq üzrədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



