
MS futbolçusunu İtaliya klubuna icarəyə verdi
“Mançester Siti”nin yarımmüdafiəçisi Maksimo Perrone İtaliya təmsilçisi “Komo”ya keçib.
Komanda.az İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu A Seriyası təmsilçisində 2025-ci ilin yayına qədər icarə əsasında oynayacaq.
O, ötən mövsüm İspaniyanın “Las Palmas” klubunda icarədə olub və La Liqada 30 matçda iştirak edib.
21 yaşlı argentinalı futbolçu 2022-ci ildə Premyer Liqa təmsilçisinin əsas komandasında debüt edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin