MS futbolçusunu 20 milyon avrodan aşağı qiymətə satmağa hazırdır
“Mançester Siti” “Barselona”nın transfer hədəfi olan sağ cinah müdafiəçisi Joao Kanseloya qiymət qoyub.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, “Mançester Siti” Kanselonu 20 milyon avrodan aşağı qiymətə satmağa hazırdır. “Şəhərlilər”in rəhbərliyi mövsümöncəsi toplanış başlamamış portuqaliyalı futbolçudan yaxa qurtarmaq istəyir.
“Mançester Siti” sonradan satınalma şərti ilə Kanselonun icarəyə verilməsini qəbul edəcək, lakin “Barselona” belə bir müqavilədə maraqlı deyil.
Kanselonun xidmətində onun keçmiş klubu “Yuventus” da maraqlıdır.
Portuqaliyalı futbolçu ötən mövsüm “Barselona”da icarə əsasında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin