“Mançester Siti” onunla razılığa gəldi
İngiltərənin “Mançester Siti” klubu futbolçusu Kevin de Bruyne ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, klubla futbolçu arasında müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlar müsbət yekunlaşıb. Razılaşmaya əsasən, belçikalı futbolçu ilə imzalanacaq yeni müqavilə 2025-ci ilin yayınadək nəzərdə tutulacaq. Bu müqaviləyə əsasən, o, “şəhərlilər”də həftəlik 300 min funt-sterlinq qazanacaq.
2015-ci ildən “Mançester Siti”nin şərəfini qoruyan 29 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2023-cü ilin yayınadək keçərlidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin