
MS fransalı futbolçu üçün ilk addımı atacaq – Gələn həftə
“Lion”un yarımmüdafiəçisi Rayan Çerki karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Siti” 21 yaşlı futbolçunun transferi üçün gələn həftə ilk rəsmi təklifini təqdim etməyi planlaşdırır.
“Şəhərlilər” hazırda “Milan”ın yarımmüdafiəçisi Ticani Reyndersin keçidini yaxın günlərdə rəsmiləşdirməyə çalışır. Bu keçid baş tutduqdan sonra Çerki ilə bağlı danışıqlara ciddi şəkildə start veriləcəyi gözlənilir.
Fransalı futbolçu cari mövsümdə bütün turnirlərdə 44 oyunda iştirak edib, 12 qol vurub və 20 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin