
“Mançester Siti” fransalı futbolçu ilə anlaşıb
“Lion”un 21 yaşlı yarımmüdafiəçisi Rayan Çerki “Mançester Siti” ilə şəxsi müqavilə şərtlərində razılığa gəlib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər şəxsi müqaviləni dünən razılaşdırıblar və “şəhərlilər”in yaxın saatlarda Fransa klubuna rəsmi transfer təklifi göndərəcəyi gözlənilir.
Fransalı futbolçu 2024/25 mövsümündə Liqa 1-də 30 oyun keçirib, 8 qol vurub və 11 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



