
MS portuqaliyalı qapıçını transfer etmək istəyir
“Mançester Siti” rəhbərliyi yeni qapıçı almaq qərarına gəlib.
Komamda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” Portuqaliya millisinin və “Portu”nun qolkiperi Dioqo Koştanı hədəf alıblar.
25 yaşlı futbolçu braziliyalı Edersonun əvəzləyicisi kimi nəzərdən keçirilir. Onun potensial transfer dəyəri 40 milyon avro qiymətləndirilir.
Koşta Portuqaliya çempionatının cari mövsümündə 23 oyun keçirib, 19 qol buraxıb və 12 oyunda qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin