
İngiltərə klubu Donnarumma üçün danışıqlarda ciddi irəliləyişə nail olub
“Mançester Siti” PSJ-nin qapıçısı Canluici Donnarummanın transferi ilə bağlı danışıqlarda ciddi irəliləyiş əldə edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris klubu 26 yaşlı qolkiper üçün əvvəlcə tələb etdiyi 50 milyon avroluq məbləği 30-35 milyon avroya endirib. Donnarumma artıq yeni komandaya keçməyə hazırdır.
Transferin baş tutması isə “Mançester Siti”nin braziliyalı qapıçısı Edersonun taleyindən asılıdır. O, hazırda “Qalatasaray”la danışıqlar aparır.
İtaliyalı futbolçu 2021-ci ildən PSJ-nin formasını geyinir və bu müddət ərzində Fransa çempionluğu da daxil olmaqla, bir sıra titullara yiyələnib. O, həmçinin, komanda ilə UEFA Çempionlar Liqasını da qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



