
MS DÇ-yə qələbə ilə başladı
ABŞ-də təşkil olunan klublararası dünya çempionatında daha bir oyun keçirilib.
Komanda.az xəbər verir ki, G qrupunun oyununda İngiltərə təmsilçisi “Mançester Siti” Mərakeşin “Vidad” klubuna 2:0 hesabı ilə qalib gəlib.
“Şəhərlilər”in heyətində Fil Foden (2) və Ceremi Doku (42) fərqləniblər.
Qrupun digər matçı “Əl-Əyn” (BƏƏ) və “Yuventus” (İtaliya) komandaları arasında keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



