MS “Bayern”in futbolçusu ilə maraqlanır

“Mançester Siti” heyətini gücləndirmək imkanlarını gözdən keçirir.

Komanda.az “SunSport”-a istinadən xəbər verir ki, “şəhərlilər” “Bayern”in futbolçusu Coşua Kimmixlə maraqlanır.

29 yaşlı Kimmixin Münhen klubu ilə müqaviləsi 2025-ci ilin ortalarına qədərdir. “Bayern” onunla müqaviləni uzatmasa, o zaman futbolçunu bir ildən sonra pulsuz itirməmək üçün onu indi satmaq kluba daha sərfəli olacaq.

Kimmix 2023/2024 mövsümündə 43 oyun keçirib, 2 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button