“Mançester Siti” Aqueronu yenə itirdi
“Mançester Siti”nin hücumçusu Serxio Aquero yenidən zədələnib.
Komanda.az xəbər verir ki, bu barədə baş məşqçi Pep Qvardiola açıqlama verib:
“Yeni hücumçu almaq haqda düşündük, amma bunu reallaşdıra bilmədik. Komandamız gəncdir. Yeni futbolçunun Qabriel Jesus və Aquero səviyyəsində olması lazımdır. Mümkün qədər güclü komanda qurmaq istəyirik. Bu qədər zədəli futbolçularımızın olacağını düşünmürdük.
Aquero zədəlidir. Bir futbolçu 4-5 aydan sonra meydana çıxırsa, zədələnmək riski olur. Onun ən qısa zamanda qayıdacağına ümid edirik. Bu müddət 3-4 həftə də çəkə bilər. Bütün futbolçulara, hər kəsin tam hazır olmasına ehtiyacımız var”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin