MS 17 yaşlı oyunçu üçün 45 milyon avro ödəyəcək?

“Mançester Siti” argentinalı istedad Franko Mastantuononu transfer etmək niyyətindədir.

17 yaşlı futbolçunu Avropanın aparıcı klubları uzun müddətdir izləyirlər, ancaq onun çıxış etdiyi “River Pleyt” oyunçunun müqaviləsində göstərilən təxminən 45 milyon avro məbləğindəki sərbəstqalma şərtinin tam ödənilməsini tələb edir. Bu isə bir çox potensial alıcıları geri çəkilməyə vadar edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Siti” bu bənddən istifadə etməyə və tam məbləği ödəməyə hazırdır. Mastantuononun “River Pleyt”lə müqaviləsinin müddəti gələn ilin sonuna qədər qüvvədədir. “Transfermarkt” onun hazırkı dəyərini 15 milyon avro qiymətləndirir.

Gənc yarımmüdafiəçi bu mövsüm komandası ilə 11 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button