“Çelsi”nin keçmiş futbolçusunun yeni klubu bilindi

“Luton Taun” yarımmüdafiəçi Viktor Mozesi transfer etdiyini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubunun nigeriyalı futbolçu ilə müqaviləsi bir illikdir.

33 yaşlı yarımmüdafiəçinin “Spartak”la müqaviləsi başa çatdıqdan sonra azad agent statusunda idi. O, 2020-ci ilin oktyabrında “Çelsi”dən Rusiya klubuna keçmişdi. Mozes bu müddət ərzində “qırmızı-ağlar”ın heyətində 84 oyun keçirib, 10 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

“Luton Taun” Çempionşipdə 4 turdan sonra 1 xalla 23-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button